BAKI, 4 aprel. TELEQRAF

2020-ci ilin noyabrın 10-dan bu günə qədər Azərbaycanda 388 şəxs mina terrorunun qurbamı olub.

Bu barədə Teleqraf-a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyidən (ANAMA) məlumat verilib.

Qeyd olunub ki, ümumilikdə 70 nəfər həlak olub ki, onlardan 55-i mülkü vətəndaş, 15 nəfəri isə hərbi qulluqçudur.

Bundan başqa, 318 nəfər xəsarət alıb. Onardan 149 nəfəri mülkü şəxs, 169 nəfəri isə hərbçidir.

Xatırladaq ki, 4 aprel Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günüdür.