
BAKI, 27 mart. TELEQRAF
"Rusiya Bakı və İrəvanın münasibətlərin normallaşması ilə bağlı 2020-2022-ci illərdəki üçtərəfli razılaşmalarını əsasındakı cəhdlərini dəstəkləyir.
Teleqraf xəbər verir ki, Rusiyanın ATƏT yanındakı daimi təmsilçisi Aleksandr Kazimiroviç Lukaşçeviç belə deyib.
O, sülh sazişi ilə bağlı danışıqların bitməsini alqışladıqlarını deyib: "Bundan sonra da nəqliyyat, sərhəd və humanitar məsələlərlə bağlı maneələrin aradan qaldırılmasına yardım etməyə hazırıq".
A.Lukaşeviç vurğulayıb ki, Ermənistan-Azərbaycan sərhədində gərginliyin artması xüsusi narahatlıq yaradır. O, tərəfləri fikir ayrılıqlarını istisnasız olaraq sülh yolu ilə həll etməyə və eskalasiyaya imkan verəcək addımlardan çəkinməyə çağırıb və qeyd edib ki, "Rusiya razılaşmanın imzalanması da daxil olmaqla, bütün məsələlərlə bağlı danışıqlar üçün məkan təqdim etməyə hazırdır".
Rusiya təmsilçisi xatırladıb: "Rusiyanın mövqeyi dəyişməz olaraq qalır. Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdıqdan və qərbli həmsədrlərin 2022-ci ildə rusiyalı həmkarları ilə münasibətləri kəsdikdən sonra qrupun mandatı aktuallığını itirib. Minsk konfransının gələcəyi Bakı ilə İrəvan arasındakı qarşılıqlı anlaşma arasında tənzimlənməlidir".