
BAKI, 26 mart. TELEQRAF
ABŞ-də yaşayan ermənilər aprelin 2-də Kapitoli qarşısında toplaşacaqlar.
Teleqraf xəbər verir ki, məlumat "Asbarez News"-un sosial şəbəkə hesabında yayımlanıb.
Məlumatda deyilir ki, "erməni soyqırımı və Artsax soyqırımının anım mərasimində dünyanın hər yerindən olan ermənilər toplaşacaqlar".
Ermənilər Türkiyədən və Azərbaycandan guya 1915 və 2023-cü illərdə törətdilmiş qondarma soyqırıma görə cavabdehlik tələb etmək niyyətindədirlər.