
Novruz Bayramı Xankəndi şəhərində də qeyd olunur.
Teleqraf xəbər verir ki, məlumatı Xankəndi, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsi yayıb.
Xankəndi şəhərinin Zəfər meydanında “Xankəndinin bahar nəğməsi” adlı konsert keçirilir.
Novruz Bayramına həsr olunmuş tədbirin rəsmi hissəsində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə veteranları, məsul şəxslər, mətbuat nümayəndələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə meydan ərazisində Novruz atributları, milli ornamentlərlə bəzədilmiş Xankəndidə hazırlanan şirniyyatlara və əl işlərindən ibarət müxtəlif stendlərlə tanış olublar. Bayram təbrikləri səsləndirilib.
Bayram tədbirində Zəfər meydanında Novruz tonqalı alovlandırılıb.