
BAKI, 18 mart. TELEQRAF
Ağdərə rayonunun Həsənriz kəndində İlaxır çərşənbə yüksək əhval-ruhiyyə ilə qeyd edilib.
Teleqraf xəbər verir ki, kəndin mərkəzində yandırlan tonqal ətrafına sakinlər toplaşaraq, çərşənbəni qeyd ediblər.
Xocalının Ballıca kəndində də evlərinə dönən keçmiş məcburi köçkünlər şəhərin girişinə quraşdırılan səməni ətrafına toplaşıb, yazın gəlişini qeyd ediblər. Ballıca kəndində də tonqallar qalanıb.