
BAKI, 18 mart. TELEQRAF
Azərbaycan Ordusunun mövqeyləri atəşə tutulub.
Bu barədə Teleqraf-a Müdafiə Nazirliyindən məlumat verilib.
"Martın 18-i saat 16:40-dan 18:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Almalı və Basarkeçər rayonunun İstisu yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub", - deyə məlumatda qeyd olunub.