
BAKI, 14 mart. TELEQRAF
İşğaldan azad edilmiş ərazilərdə kredit effektivliyinin artırılması və sahibkarlara əlavə güzəştlərin tətbiq edilməsi məqsədi ilə yaşayış sahələrinin tikintisi, habelə tikinti materiallarının istehsalı ilə məşğul olan sahibkarlara İpoteka və Kredit Zəmanət Fondun zəmanəti ilə dövriyyə vəsaitləri qismində verilən kreditlərin müddəti 2 ildən çox (maksimal 7 il müddətində) müəyyən olunub.
Teleqraf xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə fəaliyyəti haqqında hesabatında əksini tapıb.
Qeyd olunub ki, bu dəyişiklik nəticəsində qeyd olunan kateqoriyaya aid sahibkarlıq subyektləri dövriyyə üçün kredit götürdükləri halda bu müddət 24 ayla yekunlaşmayacaq.
Bundan başqa, həmin sahibkarların götürdükləri kreditlər üzrə Fond tərəfindən ödəniləcək illik faiz subsidiyalarının maksimal həddi 8 faizdən 10 faizədək qaldırılıb.