.jpg)
BAKI, 14 mart. TELEQRAF
Postmüharibə dövründə 130 min unikal şəxs 369 min sosial dəstək tədbiri ilə əhatə olunub.
Teleqraf xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə fəaliyyəti haqqında hesabatında əksini tapıb.
Qeyd olunub ki, 3323 şəhidin (o cümlədən, 86 mülki şəhidin) 8818 ailə üzvünə 17497 sosial ödəniş təyin edilib.
Həmçinin bildirilib ki, bütün mülki şəhid ailələrinin üzvlərinə (229 nəfərə 480 ödəniş) sosial ödəniş təyinatları yekunlaşdırılıb.
4214 müharibə əlilliyi ilə əlaqədar əlilliyi olan şəxsə 8428 sosial ödəniş təyin olunub.
Bundan başqa, 6800 mənzil şəhid ailələri, müharibə əliliyi ilə əlaqədar əlilliyi olan və həssas təbəqədən olan digər şəxslərə verilib.