BAKI, 14 mart. TELEQRAF

Məcburi köçkünlərin kommunal xərclərinin ödənilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitin miqdarı bəlli olub.

Teleqraf xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə fəaliyyəti haqqında hesabatında əksini tapıb.

Sənəddə qeyd olunub ki, ölkə ərazisində ictimai və inzibati binalarda məskunlaşmış məcburi köçkünlər tərəfindən içməli su, təbii qaz və elektrik enerjisinin sərfiyyatına, eləcədə çirkab suların axıdılmasına və məişət tullantılarının daşınmasına görə ötən il dövlət büdcəsindən ümumilikdə 18 925, 8 min manat vəsait ayrılıb.