BAKI, 14 mart. TELEQRAF

Laçın rayonunun Güləbird kəndində 581 ailəlik yeni yaşayış məntəqəsinin salınması məqsədilə birinci mərhələdə 150 fərdi evin, 432 şagird tutumlu məktəbin, 80 yerlik uşaq baxçasının, klub-icma mərkəzinin, inzibati binanın, ailə-sağlamlıq mərkəzinin, idman klubu, mərasim zalı, ərzaq dükanı və ticarət obyektinin layihələndirilməsi və tikintisi nəzərdə tutulub.

Teleqraf xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə fəaliyyəti haqqında hesabatında əksini tapıb.

Qeyd olunub ki, tikinti ötən ilin aprelindən başlamışdı. Hazırda 58 evin tikintisi davam etdirilir.