
BAKI, 14 mart. TELEQRAF
2025-ci ilə qədər 1429 ailə, başqa sözlə 5524 nəfər işğaldan azad olunmuş ərazilərə köçürülüb.
Teleqraf xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə fəaliyyəti haqqında hesabatında əksini tapıb.
Hesabatda qeyd olunub ki, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın şəhəri 163 ailə (536 nəfər), rayonun Zabux kəndinə 14 ailə (40 nəfər), həmçinin Sus kəndinə 59 ailə (215), Cəbrayıl şəhərinə 287 ailə (1169 nəfər), Şuşaya 369 ailə (1388 nəfər), Füzuliyə 443 ailə (1744 nəfər), Xocalı şəhərinə 46 ailə (179 ailə), rayonun Ballıca kəndinə 48 ailə (271 ailə) olmaqla ümumilikdə 1429 ailənin (5542 nəfər) sözügedən ərazilərə köçürülməsi təmin olunub.
Vurğulanıb ki, 30 mindən artıq insan sözügedən ərazilərdə inşaat, inzibati və digər sahələrdə çalışırlar.