BAKI, 14 mart. TELEQRAF

2021-2024-cü illərdə işğaldan azad olunmuş ərazilərə ümumilikdə 17,6 milyard manat vəsait xərclənib.

Teleqraf xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə fəaliyyəti haqqında hesabatında əksini tapıb.

Ötən il sözügedən məsələlərə 5 milyard 347,2 milyon manat xərclənib. Cari ildə isə dövlət büdcəsindən həmin istiqamətə 4 milyard manat maliyyənin sərf olunması gözlənilir.