Azərbaycan hərbçiləri və polisi Xankəndidədir.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Görüntülər artıq internetdə yayımlanıb.

Dünən də Azərbaycan polis və təhlükəsizlik qüvvələrinin Xankəndidə olduğu bildirilmişdi. Məlumatda deyilir ki, onların maşınları şəhərin küçələrində, Xankəndidəki “Biz və bizim dağlar” adlı abidənin önündə görüntülənib.

Müvafiq videoçarxlar Teleqram kanallarında yayılıb.

Xankəndidən fotoları təqdim edirik: