Azərbaycan ərazisini tərk edərkən saxlanıldığı iddia olunan separatçı Vitali Balasanyandan xəbər var.

Teleqraf.com xəbər verir ki, separatçı dünən Həkəri körpüsündən keçərkən saxlanılması ilə bağlı məlumatı təkzib edib.

“Mən Qarabağdayam, Əsgəranda evimdəyəm. Mən buradayam, heç Qarabağı tərk etməyə cəhd də etməmişəm”, - Balasanyan deyib.