Ermənistandan olan həkim briqadası helikopterlə Xankəndiyə yola düşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.

“Xankəndi-Əsgəran magistralı ətrafında benzin anbarında baş vermiş partlayış nəticəsində xəsarət almış insanlara yardım üçün bu dəqiqələrdə həkim briqadası lazımi dərman və tibbi ləvazimatlarla birlikdə helikopterlə Xankəndiyə yola düşüb”, - məlumatda deyilir.

Nazirlik bildirib ki, Xankəndi xəstəxanasındakı xəstələr köçürülməyə (Ermənistana) hazırlanır.