
Laçın sərhəd-buraxılış məntəqəsindən keçərək Qarabağdan Ermənistana yenicə yola düşən erməni sakinlər azərbaycanlıların onlarla rəftarından məmnundurlar.
Teleqraf.com xəbər verir ki, bu sakinlərdən biri onlarla yaxşı rəftar edildiyini qeyd edib. "Biz bunu gözləmirdik", - deyə o bildirib.
Beləliklə, erməni təbliğatçılarının guya azərbaycanlıların Qarabağda erməni əsilli mülki şəxslərə qarşı “qəddar rəftarına” dair mifi növbəti dəfə iflasa uğradı.