Rusiyalı sülhməramlılar tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonundan 5 min erməni sakini təxliyə olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Ağdərə, Xocavənd və Əsgəranın erməni sakinləri sülhməramlı kontingentin müvəqqəti yerləşdiyi əraziyə gətirilib.

Məlumata görə, Rusiya Bakı, İrəvan və Xankəndi nümayəndələri ilə təmasları davam etdirir.