İrəvan Dağlıq Qarabağ məsələsində Paris və Brüsselin tövsiyələrinə əməl etməyə üstünlük verib.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

O xatırladıb ki, ötən ilin oktyabrında Brüsselin və baş məsləhətçi - Parisin vasitəçiliyi ilə Azərbaycan, Ermənistan, Fransa və Avropa İttifaqı liderlərinin görüşünün yekunu üzrə bəyanat qəbul edilib və orada Azərbaycan və Ermənistan BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliyini təsdiqləyir və bu bəyannamə vasitəsilə bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyır.

“Yəni, Dağlıq Qarabağ Azərbaycanın bir hissəsidir. Eyni zamanda, mətndə region sakinlərinin hüquqlarının və təhlükəsizliyinin təmin edilməsinin zəruriliyi barədə bir kəlmə də yoxdur”, - Zaxarova teleqramda yazıb.