Macarıstan Xarici İşlər Nazirliyinin dövlət katibi Tamaş Menzer Qərbin Qarabağ və Ukrayna ilə bağlı mövqeyindəki fərqdən təəccüblənir.

Teleqraf.com xəbər verir ki, Macarıstan rəsmisi Qərbi hər iki bölgədə sülh yaratmağa çağırıb.

“Brüssel, Amerika və bütün beynəlxalq ictimaiyyət Qarabağdakı toqquşmalarla bağlı atəşkəs və danışıqların aparılmasını tələb edir. Rusiya-Ukrayna müharibəsi ilə bağlı bunu yalnız Macarıstan istəyir. Bu necə olur? Qoy Ukraynada da sülh olsun”, - Menzer bildirib.