Qarabağdakı separatçıların başçısı Samvel Şahramanyan “təhlükəsizlik şurası”nın iclasını çağırıb.
Teleqraf.com xəbər verir ki, iclasda Azərbaycan ordusunun lokal antiterror tədbirləri müzakirə edilib.
Şahramanyan qeyd edib ki, beynəlxalq aktorların antiterror tədbirlərinə cavabı “adekvat” deyil və heç bir əməli addım atılmır, bunun əsasında onlar müvafiq addımlar (dialoqa və təslim olmağa) atmağa məcbur olacaqlar, əsas məqsəd sülhü təmin etməkdir.