Erməni tərəfinin martın 26-da müharibə meydanında erməni əsgərlərinin cəsədlərini axtarması heç bir nəticə verməyib.
Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, ötən gün axtarışlar əsasən Xocavənd istiqamətində aparılıb.
Erməni tərəfi bildirib ki, bu gün əsas axtarış Füzuli və Cəbrayıl istiqamətində aparılacaq.
Qeyd edək ki, 44 günlük müharibədən sonra erməni tərəfi döyüş meydanlarından 1518 cəsəd yığıb.