BAKI, 9 iyun. TELEQRAF

"Ötən il maliyyə sahəsində həyata keçirilən islahatlarla xarakterizə olunur. Müxtəlif istiqamətlər üzrə maliyyə sektorunda islahatlar həyata keçirilib. İlk növbədə rəqəmsal dövlət maliyyəsi informasiya sistemi yaradılıb. Büdcə xərclərinə xəzinə müşahidəliyinin gücləndirilməsi təmin olunub".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”ın müzakirəsi zamanı maliyyə naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, dövlət müəssisələrinin dividend siyasəti müəyyən edilib: "Büdcə xərclərinə dair normativlərin təkmilləşdirilməsi istiqamətində addımlar atılıb".