BAKI, 9 iyun. TELEQRAF
Strateji valyuta ehtiyatlarımız 88,4 milyard dollara çatıb.
Teleqraf bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”ın müzakirəsi zamanı maliyyə naziri Sahil Babayev deyib.
O qeyd edib ki, regionların büdcədən asılılığı daha da azalıb: "Cəmi bir rayona 1,5 milyon manat məbləğində dotasiya verilib".