BAKI, 9 iyun. TELEQRAF
BAKI, 9 iyun. TELEQRAF
2025-ci ildə gömrük orqanlarının xətti ilə dövlət büdcəsinə 6 milyard 369,9 milyon manat məbləğində vəsait daxil olub.
Teleqraf verir ki, bu “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrasına dair illik Hesabatı”nda öz əksini tapıb.
Sənədə əsasən, bu göstərici 6 milyard 600 milyon manat proqnoza qarşı 230,1 milyon manat və ya 3,5 faiz, 2024-cü illə müqayisədə isə 278,8 milyon manat və ya 4,2 faiz azdır.