BAKI, 9 iyun. TELEQRAF
2025-ci ildə qlobal və regional miqyasda davam edən siyasi-iqtisadi gərginliklər və qeyri-müəyyənliklər fonunda Azərbaycanda makroiqtisadi sabitlik təmin olunub.
Teleqraf xəbər verir ki, bu məsələ "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında" Qanun layihəsində əksini tapıb.
Qeyd olunub ki, ümumi daxili məhsul (ÜDM) real ifadədə 1.4 faiz artıb və 129.1 milyard manat təşkil edib.