BAKI, 8 iyun. TELEQRAF

Milli Məclisin növbədənkənar sessiyası üzrə 3 komitəsinin birgə iclası keçirilir.

Teleqraf xəbər verir ki, parlamentin İnsan hüquqları, Ailə qadın və uşaq məsələləri və
Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən birgə iclasında bir neçə məsələ müzakirəyə təqdim edilib.

Belə ki, İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) komitələrin birgə iclasında gündəlikdə yer alıb.