BAKI, 19 may. TELEQRAF
"Belarus ilə Azərbaycanın dost olmaları heç kəsdə şübhə doğurmur".
Teleqraf xəbər verir ki bunu Milli Məclisin spikeri Sahibə Qafarova deyib.
O qeyd edib ki, iki ölkə lideri arasında olan səmimi münasibətlər ölkələrimiz əlaqələrinin inkişafı üçün də başlıca zəmin yaradır:
"Belarus və Azərbaycan liderlərinin qarışıqlı səfərləri də bu münasibətlərə təsir edir. Bu gün parlamentlər arasında sıx təmaslar mövcuddur.
Hər iki ölkə beynəlxalq təşkilatlarla çərçivəsində mühüm əməkdaşlıq qurub. Bütün bunlar ölkələrimiz arasında əlaqələrin yaxşı səviyyədə olduğunu təsdiq edir".