BAKI, 15 may. TELEQRAF

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, üzvləri Gülşən Paşayeva, Qaya Məmmədov və Zaur Şükürov mayın 17-də İspaniya Krallığının Madrid şəhərinə səfər edəcəklər.

Bu barədə Teleqraf-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Səfər çərçivəsində parlamentlərarası əlaqələrin inkişafı və qarşılıqlı əməkdaşlıq imkanlarının müzakirəsi və bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulub.

Səfər mayın 22-də başa çatacaq.