BAKI, 13 may. TELEQRAF

Azərbaycan və Slovakiya parlamentləri arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Teleqraf xəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova bu gün slovakiyalı həmkarı Rixard Raşi ilə birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, nümayəndə heyətləri arasında keçirilmiş görüş zamanı parlamentlər arasında əlaqələr ətraflı şəkildə müzakirə edilib:

"Bu əlaqələrin daha da inkişaf etdirilməsinə dair Rixard Raşi ilə eyni mövqedəyik. Bu gün iki ölkə parlamentləri arasında əməkdaşlığa dair imzaladığımız anlaşma memorandumu da bunun nəticəsidir".