BAKI, 27 may. TELEQRAF

Keçmiş məcburi köçkünlərin sosial müdafiəsinin maliyyə təminatı üçün xərclənən vəsait açıqlanıb.

Teleqraf xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində əksini tapıb.

Sənəddə vurğulanıb ki, keçmiş məcburi köçkünlərin sosial müdafiəsinin maliyyə təminatı üçün 329,2 milyon manat məbləğində vəsait sərf olunub.

Məşğulluq tədbirləri çərçivəsində sosial müdafiəyə ehtiyacı olan əhali qruplarının məşğulluğunun artırılması, yeni iş yerləri yaratmaqla işsizliyin aradan qaldırılması istiqamətində tədbirlərin davamı olaraq 2024-cü ilin dövlət büdcəsindən 250,2 milyon manat məbləğində vəsait sərf edilib.

Qanun layihəsi parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.