BAKI, 22 aprel. TELEQRAF
“Bu qanuna niyə dəyişiklik edirik? Yaddan çıxıb qalmışdı?”.
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin deputatı Səyyad Salahlı parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılan “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, qanuna dəyişiklik edilirsə, bunun sonrasını da düşünmək lazımdır:
“Bu abidələr milli mənsubiyyətimiz, özümüzün tarixidir. “Qorxma mən səninləyəm” filmi çəkilən abidənin vəziyyəti indi necədir? Ümumiyyətlə, bunların sonrakı taleyi ilə bağlı narahat olmalıyıq. Daşınmaz abidələr nədir? Onsuz da bu abidədirsə, daşınmır da. Həmçinin onların bir neçəsi dağılır. Oradan kərpic, daş düşür. Nəzarət olmalıdır. Təklif edirəm ki, həmin abidələri iş adamlarına verək, onlar bərpa etsinlər”.
Daha sonra spiker Sahibə Qafarova deputatın təklifinə cavab verib:
“Necə yəni, Azərbaycan hökumətinə nə olub ki, abidələri iş adamlarına veririk?”.