BAKI, 22 aprel. TELEQRAF

Fəaliyyətində qüsurlar aşkarlanmış dövlət qurumlarının rəhbərlərinin və məsul şəxslərinin parlamentə dəvət olunması təklif olunur.

Teleqraf xəbər verir ki, bunu deputat Razi Nurullayev parlamentin bugünkü iclasında Hesablama Palatasının hesabatının müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, məsələ ilə bağlı qurum rəhbərlərindən suallar soruşulmalıdır:

"Hesablama Palatası hesabat təqdim edir və proses bu gündən sonra bağlanır. Bu qədər asan yanaşma? Maraqlıdır ki, hansı məsuliyyətə cəlb etmə halları, maliyyə sanskiyaları həyata keçirilib? Kimlərsə, vəzifədən alınsın, çıxarılsın, həbsə atılsın demirəm, belə arzum da yoxdur. Amma istərdim ki, Hesablama Palatasının hesabatı müəyyən təlatümlər yarada bilsin və dövlət orqanlarının məsuliyyətinin artmasında dönüş yaratmağı bacarsın. Narahat olduğum məqamlardan biri də büdcə vəsaitinin təyinatı üzrə xərclənməməsi, depozit hesablarda saxlanması, süni şəkildə şişirdilməsi və büdcəyə qaytarılmasıdır".