
BAKI, 12 aprel. TELEQRAF
Milli Məclisdə Hesablama Palatasının hesabatı dinləniləcək.
Teleqraf-ın xəbərinə görə, məsələ parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılacaq.
Komitənin iclası aprelin 15-də keçiriləcək.
Qeyd edək ki, “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, qurum fəaliyyəti barədə Azərbaycan Respublikasının Milli Məclisinə illik hesabat təqdim edir.