
BAKI, 11 aprel. TELEQRAF
Daxili karantin sertifikatının verilməsinə görə dövlət rüsumu tutulmayacaq.
Teleqraf xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan “Fitosanitar nəzarəti haqqında” Qanuna dəyişiklik edilməsi haqqında qanun layihsində öz əksini tapıb.
Daxili karantin sertifikatı ölkə daxilində daşımalar zamanı bitki və bitkiçilik məhsullarının fitosanitar vəziyyəti barədə fiziki və hüquqi şəxslərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada verilən rəsmi sənəddir.
Məsələ sonda səsə qoyularaq qəbul olunub.