BAKI, 11 aprel. TELEQRAF

Milli Məclisdə Sumqayıt Apellyasiya Məhkəməsinə hakimlərin təyin edilməsi haqqında məsələyə baxılıb.

Teleqraf xəbər verir ki, bu parlamentin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Qərar layihəsinə əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Kamran Muxtarov və Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Elçin Məmmədov vəzifələri dəyişdirilərək Sumqayıt Apellyasiya Məhkəməsinə hakim təyin olunması təklif olunub.

Sonda məsələ səsə qoyularaq qəbul olunub.