BAKI, 9 aprel. TELEQRAF

Mülki aviasiya sahəsində xidmətlərə və ya hüquqi hərəkətlərə görə tutulan dövlət rüsumlarının siyahısı genişləndirilir.

Teleqraf xəbər verir ki, bu məsələ “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Aşağıdakı rüsumların qanunvericiliyə salınması təklif edilir:

- Pilotsuz uçuş aparatları istismarçılarına istismarçı sertifikatının verilməsi - 15 manat

- Aviasiya personalına şəhadətnamələrin, vəsiqələrin və ya sertifikatların verilməsi - 15 manat

- Pilotsuz uçuş aparatlarına qeydiyyat sertifikatının verilməsi - 10 manat

- Pilotsuz uçuş aparatları istismarçılarına əməliyyat icazəsinin verilməsi - 10 manat

- Məsafədən idarə edən pilotlara (operatorlara) şəhadətnamələrin verilməsi - 10 manat

- Model pilotsuz uçuş aparatı klubları və ya assosiasiyalarına icazələrin verilməsi - 10 manat

Sözügedən məsələ Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bugünkü iclasında müzakirə olunub.