BAKI, 27 oktyabr. TELEQRAF

Baş Prokurorluqda QHT işi üzrə məsuliyyətə cəlb olunmuş Nərgiz Muxtarovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrlik etdiyi prosesdə ittiham aktı elan olunub.

Nərgiz Muxtarova elan olunan ittiham üzrə özünü təqsirli bilməyib.

Növbəti məhkəmə prosesi dekabrın 15-nə təyin edilib.

Qeyd edək ki, N. Muxtarovaya Cinayət Məcəlləsinin 193-1.2.2, 193-1.2.3, 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı vəzifə səlahiyyətlərindən istifadə etməklə təkrar leqallaşdırma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Bu ittihamlar sübuta yetirilərsə, onu 12 ilədək həbs cəzası gözləyir.

N.Muxtarova ittihamları qəbul etmir.

N.Muxtarova hazırda “AbzasMedia işi” çərçivəsində qaçaqmalçılıqda ittiham olunaraq 9 il azadlıqdan məhrum edilmiş iqtisadçı-jurnalist Fərid Mehralızadənin həyat yoldaşıdır.