BAKI, 7 may. TELEQRAF
“Azərbaycan Yazıçılar Birliyinə (AYB) üzvlük haqqını ödəyənlərin müraciətləri davam edir”.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza məlumat verib.
O bildirib ki, proses hələ yekunlaşmayıb: “Üzvlük haqlarının ödənilməsində xeyli canlanma müşahidə olunur. Təxminən 30 yazıçı üzvlükdən xaric edilib. Üzvlük haqqını ödəməyən şəxslərə yenidən bildiriş göndəriləcək”.
Qeyd edək ki, bir müddət əvvəl 2026-cı ilin fevralın 1-nə qədər üzvlük haqqı ödəməyənlərin AYB-dən xaric ediləcəkləri ilə bağlı xəbərdarlıq edilmişdi.