BAKI, 4 oktyabr. TELEQRAF
Atamın səhhəti ağırlaşıb. Həkimlərin tövsiyəsi ilə evə gətirmişik.
Bunu Teleqraf-a açıqlamasında şair Əlisəmid Kürün qızı Aynur Mehdiyeva deyib.
Qeyd edək ki, Əlisəmid Kür qaraciyər çatışmazlığından əziyyət çəkir. O, sentyabrın 15-də Respublika Diaqnostika Mərkəzinə yerləşdirilmişdi.
Daha sonra özəl tibb müəssisəsindən Respublika Klinik Xəstəxanasının Reanimasiya şöbəsinə təxliyə olunmuşdu.