BAKI, 29 sentyabr. TELEQRAF
Həbibə Vaqif qızı Məmmədova bu gün Bakı Xoreoqrafiya Akademiyasına (BXA) Elm və yaradıcılıq işləri üzrə prorektor vəzifəsinə təyin edilib.
Teleqraf xəbər verir ki, bu barədə Bakı Xoreoqrafiya Akademiyasından məlumat verilib.
Qeyd edək ki, BXA-nın professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Həbibə Məmmədova 2017-2020-ci illərdə Bakı Xoreoqrafiya Akademiyasının Musiqi fənləri kafedrasında saat hesabı və əvəzçi müəllim vəzifələrində, 2021-ci ildən bu günədək Bakı Xoreoqrafiya Akademiyasının Elmi katibi və Musiqi sənəti kafedrasının müəllimi vəzifəsində çalşır, 2022-ci ildən isə akademiyanın Elm və yaradıcılıq işləri üzrə prorektoru vəzifəsini icra edir.