BAKI, 13 sentyabr. TELEQRAF

Xalq artisti, Dövlət Mükafatı laureatı Hacı Murad Yagizarov Bakıda dəfn ediləcək.

Bu barədə Teleqraf-a Xalq yazıçısı Natiq Rəsulzadə məlumat verib.

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktor müavini İlham Məmmədov isə Teleqraf-a açıqlamasında deyib ki, Xalq artisti Bakıda dəfn olunmağı özü də çox istəyərdi:

"O, Almaniyada yayşayırdı. son vaxtlar süni tənəffüs aparatına qoşulmuşdu".

Qeyd edək ki, Xalq artisti uzun sürən xəstəlikdən sonra Almaniyada vəfat edib.

***

12:42

Xalq artisti, Dövlət Mükafatı laureatı Hacı Murad Yagizarov 86 yaşında vəfat edib.

Teleqraf xəbər verir ki, bu barədə Xalq yazıçısı Natiq Rəsulzadə sosial media hesabında paylaşım edib.

Qeyd edək ki, Hacı Murad Hacı Əhməd oğlu Yagizarov 18 iyul 1939-cu ildə Bakıda anadan olub. Hələ məktəbdə oxuduğu dövrdə dram dərnəyində çıxış edib. Sənətə olan sevgisinə görə M.A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsində Məhərrəm Haşımovun kursunda təhsil alıb (1958-1962).

Kinoda debütü görkəmli kinorejissor Tofiq Tağızadən quruluş verdiyi “Uzaq sahillərdə” (1958) filmində partizan rolu olub. “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan 30-dan artıq filmdə çəkilən aktyor “Arşın mal alan” kinokomediyasında Süleyman, “Babək” tarixi bioqrafik filmində Xəlifə Məmun, “Bağ mövsümü”ndə Kələntər, “Bir cənub şəhərində” lirik-psixoloji dramında Cahangir, “Birisigün, gecəyarısı…”nda Məmmədov, “Ən vacib müsahibə” filmində Zaur Xəlilbəyli, “İnsan məskən salır”da Murad, “Qara gölün cəngavərləri”ndə Fəttahov, “Ulduz” kinokomediyasında Bəxtiyar, “Nizami” film-pritçasında Qızıl Arslan, “Bizi bağışlayın”da Valid və digər ekran əsərlərində koloritli rollar canlandırıb. O həmçinin xarici kinostudiyaların istehsalı olan filmlərdə də rol alıb.