BAKI, 24 iyun. TELEQRAF

"Qardaşım müşahidə altındadır. Həkimlər müsbət fikir bildirirlər. Hələ ki reanimasiyadadır. Orada çıxarmağa tələsmirik".

Bunu Teleqraf-a aktyor Vüsal Murtuzəliyevin bacısı, Əməkdar artist Dilarə Əliyeva qardaşının səhhətindən danışarkən deyib.

Qeyd edək ki, aktyor Vüsal Murtuzəliyev iyunun 19-da Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli şəhər xəstəxanasına yerləşdirilmişdi.

Daha sonra aktyoru Diaqnostika Mərkəzinə gətiriblər. Ona anevrizma diaqnozu qoyulub. Damarda anjio (anjioqrafiya) olunub.