BAKI, 25 aprel. TELEQRAF
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “Samur” Ləzgi Mədəniyyət Mərkəzi İctimai Birliyinin hesabat-seçki yığıncağı keçirilib.
Bu barədə Teleqraf-a Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindən məlumat verilib.
Tədbirdə Mərkəzin icraçı direktorunun müavini Ramin Qəmbərov qeyd edib ki, Azərbaycanda etnik müxtəlifliyə əsaslanan tolerantlıq və multikulturalizm dövlət siyasətinin tərkib hissəsidir. Ölkədə müxtəlif etnik və dini icmaların sülh və həmrəylik şəraitində yaşamasına mühüm əhəmiyyət verilir.
“Samur” Ləzgi Mədəniyyət Mərkəzi İctimai Birliyinin sədri İmran Rzayev bildirib ki, Azərbaycan dövləti tərəfindən hər zaman azsaylı xalqlara qayğı ilə yanaşılır, onların mədəniyyətinin, adət-ənənələrinin qorunub saxlanılmasına önəm verilir, etnik icmaların mədəniyyət mərkəzlərinin fəaliyyətinə dəstək göstərilir, onların dillərində dərsliklər, kitablar çap olunur. O vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə uğurlu multikulturalizmin siyasəti aparılır, bütün xalqların hüquq və azadlıqlarına bərabər yanaşılır, etnik azlıqlara xüsusi diqqət və qayğı göstərilir.
Sonra "Samur” Ləzgi Mədəniyyət Mərkəzi İctimai Birliyinin idarə heyətinin sədrinin seçkisi keçirilib, idarə heyətinin üzvlərinin hesabatı dinlənilib.