BAKI, 23 aprel. TELEQRAF

Azərbaycan Milli Xalça Muzeyi, Azərbaycan Şahmat Federasiyası, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə “Çempionların savaşı” adlı turnir keçiriləcək.

Teleqraf xəbər verir ki, 28-30 aprel tarixlərində Milli Xalça Muzeyində təşkil olunacaq turnirdə Azərbaycan çempionu Rauf Məmmədov özbəkistanlı dünya çempionu Rüstəm Kasımcanova qarşı çıxış edəcək.

Qadınlar arasında ölkə çempionatının qalibi Günay Məmmədzadə isə həmin turnirdə dünya və Avropa çempionu Antoaneta Stefanova ilə mübarizə aparacaq.

"Çempionlar savaşı”nda qalib rapid və blits üzrə turnirlərin cəminə əsasən müəyyənləşəcək.