BAKI, 19 aprel. TELEQRAF
Aprelin 20-dən 25-dək Qırğızıstanın paytaxtı Bişkek şəhərində Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək.
Teleqraf xəbər verir ki, Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ilk dəfə gerçəkləşəcək tədbirə bağlı ölkəmizdən incəsənət ustaları, ədəbiyyat və mədəniyyət xadimləri, bədii kollektivlər, yazarlar və media təmsilçiləri qatılacaqlar.
Qırğızıstan paytaxtının aparıcı mədəniyyət və təhsil müəssisələrində sərgilər, konsertlər, kitab təqdimatı, ustad dərsi və digər tədbirlər təşkil olunacağı nəzərdə tutulur.
Qeyd edək ki, ölkəmizdə Qırğız Mədəniyyəti Günləri ötən il aprelin 23-26-da keçirilib.