BAKI, 16 aprel. TELEQRAF

Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərində keçirilənBeynəlxalq Günfestivalında Azərbaycan da təmsil olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən Teleqraf-a bildirilib ki, festivalda Azərbaycanla yanaşı, Braziliya, Malayziya, Sinqapur, İtaliya, Yaponiya, Norveç, Venesuela, Hindistan, Çin, Kanada, ABŞ, Portuqaliya, Yəmən, Cənubi Koreya, Misir, Mərakeş, Tailand, Kolumbiya, Vyetnam və İndoneziya kimi ölkələrin nümayəndələri də iştirak ediblər.

Övladları bu məktəbdə təhsil alan Azərbaycan icmasının fəalları Nərminə Cabbarova və Aygün Bapnanın təşkilatçılığı ilə yaradılan Azərbaycan guşəsində ölkəmizin tarixini, mədəniyyətini, milli adət-ənənələrini və mətbəxini əks etdirən suvenirlər, kəlağayılar, təamlar və məhsullar sərgilənib.

Azərbaycan guşəsi ilə maraqlanan ziyarətçilərə ölkəmiz barədə ətraflı məlumat verilib və suallar cavablandırılıb. Ziyarətçilər milli təamlara qonaq edilib.

Qeyd edək ki, diaspor təşkilatlarının və fəallarının mütəmadi olaraq qatıldığı bu cür tədbirlər Azərbaycan mədəniyyətinin xarici ölkələrdə təbliği baxımından mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, Azərbaycanın beynəlxalq aləmdə daha geniş tanınmasına, dostluq əlaqələrinin qurulmasına və xarici ölkələrdəki mədəniyyətlər arasında anlayışın yaranmasına səbəb olur.