BAKI, 8 aprel. TELEQRAF

Xalq artisti Əli Nur Akademik Milli Dram Teatrında Bədii Şuranın iclasında mübahisə yaşaması haqqında yayılan xəbərlərə cavab verib.

Xalq artisti Teleqraf-a açıqlamasında bu sözləri deyib: "Teatr rəsmi açıqlama verib, hər şeyi izah edib. Teatrda heç bir davadan söhbət gedə bilməz. Niyə belə qələmə verirlər, bilmirəm. Ağ yalandır. Teatr dava yeri deyil, yaradıcılıq məkanıdır. Bədii Şuranın iclasında rejissor işi, aktyor oyunu haqqında mübahisə oldu. Yaradıcılıq işində mübahisə həmişə mümkündür. Xahiş edirəm, məni bir də bu məsələ ilə bağlı narahat etməyin. Belə şeyləri şişirtməyin. Teatrımızın uğurları haqqında yazın, biz də oxuyub sevinək".

Qeyd edək ki, yayılan məlumata görə, Bədii Şuranın iclası zamanı Xalq artisti Əli Nur başqa teatrdan dəvət olunan aktyor və rejissorlara etiraz edib. Mübahisə yaranıb və aktyorlardan bir neçəsi Əli Nurun üstünə hücuma keçərək ona yumruq atıblar. Hadisə zamanı xalq artisti Sabir Məmmədov və teatrın direktoru İlham Əsgərov mübahisə edənləri hadisə yerindən uzaqlaşdırıblar.

Bu haqda ilk məlumatı Qaynarinfo.az saytı yayıb.