
Daha bir türkiyəli müğənni Azərbaycan mahnısı oxuyub.
Teleqraf.com xəbər verir ki, Türkiyəli müğənni İrəm Dərici Azərbaycan mahnısını oxuyub. Söhbət sözləri İslam Səfərliyə, musiqisi isə Andrey Babayevə aid olan “Nazəndə sevgilim” mahnısından gedir. Müğənni mahnını “azeri şarkısı” adı ilə yeni albomuna daxil edib.
Türkiyəli müğənninin ifasında həmin mahnını oxucularımıza təqdim edirik.
Aysel Şirinzadə