NAXÇIVAN, 23 avqust. TELEQRAF
Naxçıvanda avtomabil qəzası baş verib.
Teleqraf xəbər verir ki, hadisə şəhərin 21-ci məhəlləsində qeydə alınıb.
71-BB-947 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobillə 72-BG-196 dövlət nömrə nişanlı "Ssang Yong" markalı avtomobilin toqquşması nəticəsində 1963-cü il təvəllüdlü Cəfərova Rüfət Əyyub qızı, 1958-ci il təvəllüdlü Cəfərova Fatma Cəfər qızı, 1982-ci il təvəllüdlü Babayeva Gülnarə Məmməd qızı və 1981-ci il təvəllüdlü Qəhrəmanova Aliyə Hümbət qızı xəsarət alıblar.
Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.