BAKI, 23 avqust. TELEQRAF

Prezident İlham Əliyev Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclasında Zəngəzur dəhlizi barədə danışıb.

Teleqraf xəbər verir ki, Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlərin fəal şəkildə davam etdirildiyini bildirən dövlət başçısı Azərbaycanın əsas hissəsində bu layihənin gələn il başa çatacağını vurğulayıb.

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında da müvafiq işlərə başlanıldığını diqqətə çatdırıb.